Aysel Əlizadə: "Ailə qurmağı niyə istəmirəm ki?"
Son bir neçə ildir ki, Türkiyədə yaşayan müğənni Aysel Əlizadə şəxsi həyatından danışıb.
BAKU.WS xəbər verir ki, aparıcı və prodüser Tarix Əliyevin (Tolik) "Tarixin bir günü" proqramına qatılan sənətçi uyğun namizəd olarsa, ailə qurmaq istədiyini bildirib:
"Ailə qurmağı niyə istəmirəm ki? Özümü tərifləmək kimi çıxmasın, çox ailəcanlı insanam. Mənim ailəmdən, dostlarımdan soruşsanız, bilərsiniz.
Bəzən doğma anam deyir ki, səndən yana gözüm arxada deyil. Bilirəm ki, uşağın olsa, gözün kimi baxacaqsan. Bu, hər bir xanımın arzusudur. Məsələn, başqa ölkələrdə oluruq, oradakı xanımlar deyir ki, karyera quracam, uşağı neynirəm?
Azərbaycanlı qadınlar isə ailəcanlı, həyat yoldaşını, övladlarını sevəndir. Pis qadın yoxdur, onun qədrini bilməyənlər ola bilər. Həqiqətən də, pis xanım olmur. Xanımlar yalnız sevilməyi, diqqəti istəyir. Biz çox şey istəmirik. Onu da əldə edəndə ən xoşbəxt xanım oluruq".