Aysel Əlizadə: “Qısqanmaq, paxıllıq etmək lazım deyil” - FOTO
“Bu həyatda hər kəs öz yolunu gedir, zamanında öz yarışını oynayır. Hər şey birmənalı deyil. Fərq zamandadır".
Azia.az xəbər verir ki, bu sözləri müğənni Aysel Əlizadə sosial şəbəkədə yazıb. O, yeni fotolarını paylaşaraq dostluq münasibətlərindən danışıb:
"Dərindən düşünsək, bu dünyada hər hadisənin öz saat qurşağı var. Dostlarınız sizdən irəlidə ola bilər. Kimisi isə çox geri qala bilər. Bu, çox təbiidir.
Hər insanın bu saat qurşağında öz distansiyası var! Qısqanmaq, paxıllıq etmək, müqayisə etmək lazım deyil".