azia.az
azia.az

Ailə həyatından danışan Xəyalə: "Hər ailədə söz-söhbət olur" - VİDEO

21-09-2021, 11:30

Ailə həyatından danışan Xəyalə: "Hər ailədə söz-söhbət olur" - VİDEO
Aparıcı-aktrisa Xəyalə Quliyeva şəxsi həyatı ilə gündəmə gəlib.

Azia.az xəbər verir ki, həyat yoldaşı və iki övladı ilə “Bu ana kimi” proqramına qonaq olan aktrisa, ailə həyatından danışıb. 16 ildir evli olan Xəyalə bəzən həyat yoldaşı ilə aralarında problemlər yaşasa da özünü xoşbəxt hiss etdiyini bildirib:

“Deyim ki heç vaxt söz-söhbətimiz olmur, idealdı hər şey, elə deyil. Hər ailədə söz-söhbət olur. Bizim dalaşmağımız 5 dəqiqə çəkir. Bir məsəl var “Ər-arvad dalaşmağı, yaz yağışı kimidir”...

Bizim ailədə həqiqətən elə olub. Burada dalaşıb burada barışırıq, gülüb-danışırıq. Əsas odur aramızda kin qalmır. Biz ailə qurmazadn əvvəl 4 il görüşmüşük onda bir-birimizin xasiyyətini bilib evlənmişik”.

Qeyd edək ki, Xəyalə Quliyeva Yusif adlı şəxslə evlidir. Onların iki azyaşlı övladı var.



Ailə həyatından danışan Xəyalə: "Hər ailədə söz-söhbət olur" - VİDEO


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi