Aparıcı:“Yalnızam, təkliyi istəmirəm, amma...”
Aparıcı Zümrüd Bədəlova İnstaqramda izləyicilərinin suallarını cavablandırıb.
“Azia.az” xəbər verir ki, o, bir istifadəçinin “Yenidən ailə qurmaq istəyərdiniz?” sualını toyundan foto paylaşaraq cavablandırıb:
“Bu suala əvvəllər “Niyə də yox” deyə cavab verirdim. İndi qətiyyətlə və əminliklə “yox” deyirəm”.
Z.Bədəlova “Sevgiliniz varmı?” sualına gəlincə bunları söyləyib:
“Vallah, yalnızam, təkliyi mən də istəmirəm, amma olmur. Gözəlliklə deyil, şans, naxış söhbətidir”.
Digər istifadəçinin “Siz ailə qurub efirdən gedəndə çox ağladım” rəyini də cavabsız qoymayıb:
“Çox izləyicim göz yaşı tökdü, o qədər ağladız ki, bədlik də gəldi, qayıtdım. Təbii zarafat edirəm”.
Aparıcı qızının atası ilə yalnız internet üzərindən danışdığını, çünki keçmiş həyat yoldaşının Azərbaycanda yaşamadığını da bildirib. O, ürəyi ilə deyil, məntiqlə ailə qurduğunu xüsusi vurğulayıb.