azia.az
azia.az

Nazpəri Dostəliyeva: "Heç bir əməliyyat keçirməmişəm"

23-09-2021, 16:10

Nazpəri Dostəliyeva: "Heç bir əməliyyat keçirməmişəm"
Mətbuatda Xalq artisti Nazpəri Dostəliyevanın əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb.

Bu haqda Azia.az-a açıqlama verən sənətçi haqqında yayılan xəbərləri təkzib edərək əməliyyat olunmadığını və səhhətinin çox yaxşı olduğunu bildirib:

"Heç bir əməliyyat keçirməmişəm. Səhhətim çox şükr yerindədir. Hər şey yaxşıdır. Mən hər zamakı kimi evdəyəm"

Qeyd edək ki, yerli mətbuatda Xalq artistinin yıxıldığı və buna görə əməliyyat olunduğu haqda xəbərlər yayılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi