azia.az
azia.az

Azərbaycanda səhv əməliyyat olunan aparıcıdan xəbər var

8-09-2021, 09:17


Bakı Sağlamlıq Mərkəzində səhv əməliyyat olunduğu deyilən aparıcı-prodüser Sayqa Cahid barədə xəbər var.
Azərbaycanda səhv əməliyyat olunan aparıcıdan xəbər var
Xəbər verilir ki, Sayqa ilə çalışan müğənni Səbinə Selcan lent.az-a açıqlama verərək bildirib ki, prodüserin səhhəti pisdir. O, buna görə Bakı Sağlamlıq Mərkəzində Sayqanı əməliyyat edən uroloq-androloq Niyaməddin Əliyevi günahlandırıb:

"Sayqa xanım dünən gecə Türkiyədə yenidən əməliyyat olundu. Hələ ki özündə deyil. Bakı Sağlamlıq Mərkəzində həkimlərin etdiyi uğursuz əməliyyata görə yenidən həmin yerdən, həmin böyrəkdən əməliyyat olundu. Ora yığılmış suyu, çirki təmizlədilər.

Sayqanı onlar pulsuz əməliyyat etməyiblər. Əlimizdə qəbzlərimiz var. Doğrudan da indi çox əziyyət çəkir, ölüm-qalım mübarizəsi aparır. Vəziyyəti yaxşı deyil. Bakıdan hansı vəziyyətdə, hansı infeksiya ilə gəldiyi də məlumdur.

Həkimlərə demək istəyirəm ki, bir söz deyəndə Allahı düşünün. Sayqa sizdən razı olsaydı, indi Türkiyədə zülm çəkməzdi. Bakıda böyrəyini səhv əməliyyat etdilər, ona görə də bu günə qaldı. Sayqa hələ özündə deyil, ayılandan sonra özü bir açıqlama verəcək".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi