azia.az
azia.az

Əli Abbasov: "Haqqımda cinayət işi başlanmayıb, evdəyəm"

26-10-2016, 15:28

Əli Abbasov: "Haqqımda cinayət işi başlanmayıb, evdəyəm"
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində cinayət işinin başlanması haqda yayılan xəbərlərə münasibət bildirib

Sabiq nazir APA-ya açıqlamasında deyib ki, barəsində cinayət işi başlanmayıb, yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiyadır.

O, hazırda evində olduğunu da əlavə edib.

Qeyd edək ki, mətbuatda sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində ayrıca cinayət işi başlanması ilə bağlı xəbərlər yayılıb. Sabiq nazirin barəsində cinayət işinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq yüksək rütbəli əməkdaşları barədə başlanmış cinayət işindən ayrıldığı və ayrıca icraata verildiyi də iddia olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi