Nazpəri Dostəliyeva qardaşı qızını İnterpola axtarışa verdirdi
Xalq artisti Nazpəri Dostəliyeva qardaşı Ağalar Dostəliyevin birinci nikahdan olan qızı Pərvanənin gündəmi alt-üst edən açıqlamalarından yana bu gün Xəzər TV-də yayımlanan “Hər şey daxil” proqramının canlı yayımına qoşulub.
News24.az xəbər veri ki, baş verən insidentdə adının hallanmasına münasibət bildirən N. Dostəliyeva şikayət etdiyini bildirib. Qeyd edib ki, Pərvanə tapılması üçün İnterpol xətti ilə axtarışa verilib.
“Bütün nəslin üzvlərini Nazpəri saxlayır. İstər bacı uşaqları, istər qardaş uşaqları və digərləri – hamısının üstündə əlim var. Mən olmasam, onların heç bir işi ola bilməz. Onlardan başqa, 4-5 tanımadığım ailəyə də baxıram. Amma bunları heç vaxt danışmamışam. Amma bu məsələ belə qalmayacaq. Pərvanə atdığı böhtanlara görə cavab verəcək” – deyən xalq artisti yaşanan insidentdə mətbuatı da qınayıb. Onun fikrincə mətbuat bu işdə maraqlıdır və insidenti üzə çıxardaraq odun üstünə benzin tökür…