azia.az
azia.az

“15 yaşında ailə qurmuşdum” - Nəfəs uğursuz evliliyindən danışdı

26-08-2021, 18:42

“15 yaşında ailə qurmuşdum” - Nəfəs uğursuz evliliyindən danışdı
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin ilk qonağı müğənni Nəfəs olub.

Azia.az xəbər verir ki, müğənni təkliyindən və onu üzən səbəblərdən danışıb:

"Heç bir qadın tək olmağa layiq deyil və təkliyə dözməyə də qadir deyil. Əslində gözəl xanımlar hər zaman tək olurlar və onları qəbul edən kişilər az olur. Belə düşünmələrinə adətən bu şeylər səbəb olur: ya həyatımda kimsə olma etimalı, ya bacara bilməyəcəyi düşüncəsi, ya da sənətim".

Müğənni daha sonra boşanma səbəbindən də söhbət açıb:

"O kitab mənim üçün bağlandı. O kitabdan da sadəcə oğullarım olan cümlələr qalıb. 15 yaşımda ialə qurmuşdum. Yoldaşım məndən 6 yaş böyük olub. İndi atam sağ olsaydı bu evliliyə necə icazə verdiyini soruşardım. Bu sualların cavabını indi tapa bilmərəm. Bəzən oturub o illərin gözümün qabağından keçirəndə düşürəm ki, mən çox güclü qadın olmuşam və olmağa da davam edirəm. Yaşadıqlarım mənim üçün zərbə oldu amma yenə də yıxılmadım. Övladlarıma görə dirənərək yaşayacam. Anam da mənim taleyimi yaşayıb. Övladlarıma görə körpüləri yandırmadım. Nənəsi, babası, atası kömək edir, maraqlanırlar. Madiyyatla ata ola bilərəm, mənəviyyatla ola bilmərəm. Övladlarımın atasız qalmağını istəmərəm".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi