Jurnalistlərə açıqlama verən Zara, qəza anını və sonra yaşadıqlarını danışıb:
"Qəza, səhərə yaxın - saat 4 radələrində Osmanqazi Köprüsündə oldu. Bir an köprüdən uçuruq zənn etdim. Çox şükür ki, inanılmaz bir şəkildə yüngül xəsarətlərlə qurtula bildik. O zaman anladım ki, hər an bu həyatda qonağıq. Əsas da bir-birimizin qiymətini bilək. Bunu hər zaman deyirdim, amma indi şahidi olduğum olaya əsasən deyirəm. Həyatı mənə ikinci dəfə hədiyyə edilmiş kimi hiss edirəm. Bugün bəlkə biraz da onun həyəcanı var. Mən bunu anamın eşidib, pis olacağından qorxduğum üçün gizlətdim".