azia.az
azia.az

Hüseynlə Şəbnəmin "ana-bacı söhbəti": "Əxlaqsız qadına da ana deyim?!"

30-06-2021, 19:06

Hüseynlə Şəbnəmin "ana-bacı söhbəti": "Əxlaqsız qadına da ana deyim?!"
Müğənni Şəbnəm Tovuzlu “Həmin Zaur” proqramında qonaq olub. O, ailə həyatından danışıb.
“Azia.az” xəbər verir ki, müğənni sözügedən verilişdə bunları deyib:
“Neçə ildir evliyəm. Mənim ailəmdə əl qaldırmaq olmayıb. Təhqiramiz söz də işlədilməyib. Hacı əsəbləşib, amma əl qaldırmayıb. Xanımlar da başa düşməlidirlər. Qadın da bir anadır. Ona niyə əl qaldırasan?”
Bu zaman klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənninin fikirlərinə “ Mən indi hansısa əxlaqsız qadına da ana deyim?” deyərək etiraz edib. Ş.Tovuzlu isə ona belə cavab verib:
“Bilirəm ki, Hüseyn ailədə sözünü deyə biləcək bir oğlandır. Amma qadın doğulandan anadır, bacıdır. Onu həyat başqa cür edə bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi