"Azia.az xəbər verir ki, Bakıda restoranların birində oxuyarkən türkiyəli ifaçı Rafet El Roman tərəfindən səsi bəyənilən və qardaş ölkəyə dəvət olunan, “Kalbine sürgün” dueti ilə məşhurlaşan Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı müğənni Ezo "Azia.az”sayıtına müsahibə verib.
a təqdim edir:
- İndi külək fərqli tərəfdən əsir. Artıq Bedüklə çalışırsınız. Niyə yeni albomda Rafet El Roman imzası yoxdur?
- İstanbula gəldiyim ilk illərdə Rafet El Romanın vokalçısı oldum. Sonra onun prodüserliyi ilə albom çıxardım. “Kalbime sürgün” duetini layihə kimi təqdim etdik. “Son kez” sinqlını Bedüklə çalışdıq. Rafet El Romana gəldikdə isə... Biz uzun müddət əvvəl onunla yollarımızı ayırdıq.
- Niyə?
- Özəl bir səbəbi yoxdur. Müqaviləmiz bu formada idi. Layihə başa çatdı, yollarımız ayrıldı.
- 7 ildir Türkiyədəsiniz. Azərbaycanda musiqi ilə məşğul olmaq əvəzinə niyə Türkiyəni seçdiniz?
- Azərbaycanda səhnəyə çıxırdım. Bakıda Rafet səhnə aldığım məkana mənə qulaq asmağa gəlmişdi. Sonra layihəsindən danışdı və məni İstanbula çağırdı. Türkiyəni çox sevirim. Gələn təklifin məni xəyallarıma qovuşduracağını düşünüb qəbul etdim.
- Rafet El Roman sizin üçün sehirli çubuk idi?
- O sehirli çubuk sadəcə nağıllara inananda gerçək olur. Hazırda gerçəklər var olduğu üçün həyatımda sehirli çubuğun olduğuna inanmıram.
- Yeni musiqiçilər mahnılarının 100 milyon izlənməsinə can atır. Siz bu rəqabətin harasında dayanırsınız?
- İzlənmə sayının çoxusunun gerçəyi əks etdirdiyini düşünmürəm. Hələ özünü dünyaya isbat etmiş müğənnilərdə belə izlənmə sayı yoxdur. Həm də çox baxılan mahnının yaxşı, az baxılanın pis olduğu deyilə bilməz. Beethovenin mahnılarını milyonlarca insan bilir, amma neçə dəfə dinlənilib?
- Üç il əvvəl Azərbaycandan gələrkən utancaq, həyəcanlı bir qız görmüşdük. İndi isə qarşımızda seksual bir xanım var...
- Həm fiziki, həm daxildən, həm də tərz olaraq dəyişdim. Yeniləndim. Özümü yetkinlik dövründən çıxan gənc bir qadın kimi görürəm. Bu da hamımızın yaşadığı bir dövrdür. 3 il uzun müddətdir. Əgər dəyişməsəydim, o zaman "məndə böyük bir problem var" demək idi. Mənim üçün qadınlardakı ən böyük seksuallıq özünə güvənməsidir: Sağlam, öz ayaqları üzərində duran, dırnaqları ilə qaza-qaza bir yerlərə gəlib çatmış qadın. Ən əsası da ağlı, savadı ilə heyran edən qadın. Eyni mənim kimi.
Mən musiqimin yaratdığı qadınam. Özümü qəlibə salmağı sevmirəm. Ruhum kimi musiqimi və tərzimi də azad buraxıram. Bundan sonra məni daha çox seksual qadın kimi görəcəksiniz.
- Ezoyu yaxından tanıyaq:
- Ailəm Bakıda yaşayır. Dörd bacım var. Atam vəkildir. Anam əvvəllər ticarətlə məşğul olurdu. Çox dəcəl uşaq olmuşam. Tez-tez itirdim.
Aybəniz Abdulova