azia.az
azia.az

“Diqlas”da söküntü işlərinə başlanılıb - FOTOLAR

17-04-2019, 18:27

“Diqlas”da söküntü işlərinə başlanılıb - FOTOLARBakının Nizami rayonunda yerləşən "Diqlas" ticarət mərkəzində söküntü işlərinə hazırlıq görülür.
Musavat.com olaraq, söküntü işlərinin necə getməyi ilə maraqlandıq.
Hələ ki, tikilinin konkret olaraq nə zaman söküləcəyi deyilməsə də, ərazidə işçi qrupunun olmağı onu göstərir ki, söküntü işlərinin artıq ilkin mərhələsinə başlanılıb.
Ərazidəki rəsmilərdən aldığımız məlumata görə, anbarda qalan mallar da tam olaraq daşınıb.
Qeyd edək ki, ötən həftədən indiyə kimi, sahibkarların ticarət mərkəzinin anbarından yanmayan mallarının çıxarılması prosesində ümumilikdə 200-dən çox sahibkar mallarını ticarət mərkəzindən çıxarıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi