azia.az
azia.az

Bakı Şəhər İcra Hakimiyyəti: Söküntü olmayacaq – YENİLƏNİB

2-05-2017, 11:37

Bakı Şəhər İcra Hakimiyyəti: Söküntü olmayacaq – YENİLƏNİB

Bakı Şəhər İcra Hakimiyyəti istirahət mərkəzinin sökülməsi ilə bağlı xəbərləri təkzib edib.

azia.az xəbər verir ki, İstiPress-ə daxil olan məlumata görə, qurumun heç bir rəsmisi sözügedən əraziyə gəlməyib.

Yəni, heç bir söküntüdən söhbət gedə bilməz.

01.05.17 13:01

Bakının ən məşhur və uzun müddətdir fəaliyyət göstərən restoran-əyləncə mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzinin (BƏM) sökülməsi tələb edilir.

azia.az-ın məlumatına görə, bu barədə xəbəri Lent.az-a BƏM-in baş administratoru təsdiqləyib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt, hələ ki, fəaliyyətini davam etdirir.

Qeyd edək ki, BƏM-in söküləcəyi xəbərini bakupost.az saytı yayıb. Saytın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gələrək söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib.

BƏM tanınmış azərbaycanlı iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.

Bakı Şəhər İcra Hakimiyyəti: Söküntü olmayacaq – YENİLƏNİB


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi