azia.az
azia.az

Qərb birbaşa V.Putinə və Rusiya banklarına agır sanksiyalar tətbiq edərsə...

13-01-2022, 21:32

Qərb birbaşa V.Putinə və Rusiya banklarına agır sanksiyalar tətbiq edərsə...
Qərb birbaşa V.Putinə və Rusiya banklarına agır sanksiyalar tətbiq edərsə...
Nəhayət,bu həftənin əvvəlində Cenevrədə başlamış ABŞ-Rusiya,Brükseldə davam edən NATO-Rusiya görüşləri bu gün Vyanada ATƏT-Rusiya zirvəsi ilə yekunlaşacaq.
Təbii ki,tərəflər arasında əsas müzakirə mövzuları Ukrayna və kontinental Avropanın təhlükəsizliyi məsələləri olub.
Bəri başdan deyim ki,Moskva həm Cenevrə,həm də Brüssel görüşlərində istədiklərinə nail ola bilmədi.
Ələlxüsüs,NATO-Rusiya zirvəsindən sonra hərbi ittifaqın rəhbəri J.Stoltenberq açıq şəkildə bəyan etdi ki,Ukraynanın hərbi ittifaqa üzvlüyünə qərarı qruma üzv olan dövlətlər verir və Kremlin bu kontekstdə veto etmək haqqı yoxdur.
Stoltenberq onu da vurguladı ki,əgər Rusiya Ukraynayı işgal etməyə girişərsə,bədəlini çox agır şəkildə ödəyəcək.
ABŞ isə bəyan edub ki,Ukraynaya əlavə 500 milyon dollarlıq təhlükəsizlik paketi təqdim edəcək.
Bəli,keçən dəfə də yazdıgım kimi,hal-hazırda V.Putinin əsas məqsədi necə deyərlər,üzüm yemək yox,bagbanı döyməkdir.
Hətta bu gün Vyanada baş tutacaq Rusiya-ATƏT zirvəsindən də müsbət nəticə gözləmirəm.Viyana görüşü sadəcə olaraq Cenevrə və Brüksel toplantılarından daha gərgin atmosferdə keçə bilər.
Gəldiyim qənaət budur ki,Viyana görüşündə ən yaxşı nəticə tərəflər arasında dialoqun davam etdirilməsi olardı.
Ancaq inanmıram ki,Qərb Putinin ultimatumlarını və ya şərtlərini qəbul etsn.Prinsipial olaraq,V.Putin də sülh və əmin-amanlıqdan yana deyil və qərblə eskalasiya variantinı gözə alıb.
Məlumdur ki,V.Putinin irəli sürdüyü ultimatumların əsas məgzi budur ki,NATO Ukrayna,Gürcüstan və Moldovanı təşkilata üzv qəbul etməməli,bu ölkələri silahlandırmamalı və rəsmi şəkildə "Açıq qapı"siyasətindən imtina etməlidir.
Şübhəsiz ki,nə ABŞ-nə də NATO V.Putinin agır şərtlərini qəbul etmədi.
Sual:Bundan sonra proseslər hansı istiqamətdə inkişaf edəcək?
Rusiya hazırda istəyir ki,ikincu dünya müharibəsindən sonra keçirilən Yalta-Potsdam kinfranslarının nəticələrinə uygun olaraq,Avropanın siyasi xəritəsi və ya siyasi arxitekturası dəyişdirilsin və Moskvanın istəkləri nəzərə alınsın.Bu yaxınlarda Rusiyanın xarici işlər naziri S.Lavrov demişdi ki,Varşava Müqaviləsi Təşkilatının dagılmasından sonra "yetim qalan"Şərqi Avropa ölkələrini NATO öz nəzarətinə götürdü.Şübhəsiz,bu,olduqca agır həqarət kimi qəbul olundu və Polşa rəhbərliyi Kələntəryanın cavabını artıqlamasıyla verdi.
Beləliklə,ehtimalım budur ki,bu gün keçirilən Rusiya-ATƏT zirvəsi də nəticəsiz başa çatacaq və V.Putin son alternativ olaraq Ukraynanın işgalına girişəcək.
Əlbəttə,Rusiyanın Ukraynaya hərbi intervensiyasının vaxtını dəqiq bilmək olmaz,ancaq Putin üçün artıq seçim anıdır.
Bu arada,ABŞ konqresinin(Demokratlar Partiyası) üzvü Bob Menendez hazırladıgı sənəddə birbaşa Rusiya prezidenti V.Putin və onun ətrafına sanksiyaların tətbiq olunacagını göstərib.Rusiyanın buna cavabı isə olduqca agırdır.Belə ki,Putinin köməkçisi Dmitri Peskov deyib ki,bir dövlət başçısına sanksiya tətbiq etmək "həddi aşmaq"kimi qəbul olunacaq.D.Peskova görə,Putinin şəxsinə sanksiyalar tətbiq olunacagı təqdirdə,Rusiya və ABŞ arasında diplomatik münasətlərə birdəfəlik son qoyulacaq.
Bir məqam da bundan ibarətdir ki,ABŞ-ın sanksiyaları Rusiya banklarını və bütövlükdə maliyyə sistemini əhatə edə bilər.Hətta gözlənilir ki,Rusiya bankları beynəlxalq maliyyə sistemi olan SWIFT-dən də kənarlaşdırılsın.
Təbii ki,bu,agır sanksiyadır.
Lakin ruslar da bəyan edir ki,SWIFT-ə alternativ olaraq yeni finans sistemi üzərində Çinlə müzakirələr aparırlar.
Son olaraq,qeyd edim ki,Rusiya və Qərb arasında ipləmlər qopmaq üzrədir.Yəqin,yanvarın sonu,fevralın əvvəlləri fərqli situasiyalarla qarşı-qarşıya qalacagıq.
Gözləyək,görək nə baş verəcək...

Kamal Alıyev,
politoloq


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi