Türkiyə Ermənistana ÇAĞIRIŞ etdi- Xüsusi nümayəndə göndərəcək
Yaxın zamanlarda Ermənistanla münasibətlərin normallaşması addımları çərçivəsində qarşılıqlı xüsusi nümayəndələr təyin ediləcək. Hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəyik.
Xəbər verilir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Ermənistanla münasibətlərin normallaşması çərçivəsində bir sıra addımların atılacağını qeyd edən nazir İrəvana çarter reyslərinin təşkil olunacağını söyləyib.