azia.az
azia.az

Türkiyə Azərbaycanla daha bir üçtərəfli format yaratmaq istəyir

4-01-2017, 15:32

Türkiyə Azərbaycanla daha bir üçtərəfli format yaratmaq istəyir"Türkiyə Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatının yaradılması üzərində işləyir"



Sozazadligi.org Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.


M.Çavuşoğlu bildirib ki, Türkiyə tərəfindən yaradılan üçtərəfli formatlar Qafqaz və Balkan regionlarında çox səmərəli işləyir.

Onun sözlərinə görə, cari ildə rəsmi Ankara regionda həlli yubanmış münaqişələrin nizamlanmasını aktivləşdirmək üçün iş aparacaq.

Nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Türkmənistan arasında üçtərəfli iclas yaxın aylarda keçiriləcək.

Qeyd edək ki, hazırda regionda bir sıra üçtərəfli formatlar, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-İran və Türkiyə-Azərbaycan-Türkmənistan əməkdaşlıq formatları fəaliyyət göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi