“Zəngəzuru Azərbaycana verin, sonra…”- Erməni deputatdan SENSASİON AÇIQLAMA
” Hamı həbsdədir. Bütün Zəngəzurun tanınmış ziyalıları sizin əsirinizdir”
Azia.az xəbər verir ki, bunu Ermənistan parlamentinin iclasında hökumətlə sual-cavab zamanı “Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan deyib.
“Zəngəzur hansı halda daha müdafiə edilmiş olacaq, bu insanlar öz yerlərində, yəni Zəngəzurda olmalı idilər, yoxsa həbsdə? “Sadə sualıma aydın, sadə cavab gözləyirəm”, – deyə Vardanyan qeyd edib.
“Zəngəzuru Azərbaycana verin, sonra bu adamları həbsdən buraxın. Siz bu ölkəni uçuruma aparırsınız. ” -deyə Vardanyan bildirib.