azia.az
azia.az

Paşinyan Zəngəzuru Azərbaycana "qaytarmağ"a başladı? - Sünik səfərinin pərdəarxası

22-04-2021, 20:51

Dünən erməni baş nazir Paşinyanın Sünik vilayətinə səfərinə və baş verənlərə xüsusi olaraq baxmaq lazımdır.
Paşinyan Zəngəzuru Azərbaycana "qaytarmağ"a başladı? - Sünik səfərinin pərdəarxası
✔Nəhayət, baş nazir 10 noyabr sazişinin 9-cu maddəsində nəzərdə tutulan "Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir." bəndin icrası üçün real addım atıb.

✔Səfər etdiyi bölgə - Süniklə Ordubad arasında məsafə 40 km təşkil edir və bölgə tarixi Zəngəzur torpaqlarının bir hissəsidir.

İkincisi, "168.am" nəşri iddia edib ki, baş nazir deyib: "Meğri dəhlizini (Zəngəzur dəhlizi - red.) könüllü şəkildə, dinc həyat qarşılığında vermək istəmirlərsə, müharibə ilə götürəcəklər".

Üçüncüsü, bu səfər nəticəsində Paşinyanın korteji yumurta atəşinə tutulub, iqamətgahı qarşısında aksiya keçirilib.

Dördüncüsü, baş verənlər Azərbaycan prezidentinin "Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq, Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq." çıxışından sonra baş verməsini belə oxumaq lazımdır:

n iyunun 20-də keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın əsas ümid yeri Azərbaycandır.

Onun əlindəki "kozır"lar:

a) Türkiyə ilə sərhəddin açılması;
b)Naxçıvandan dəhliz;
c)Azərbaycanala mümkün sülh müqaviləsi;
d)Regional fayda və əhalinin varlanması;

Bu istiqamətdə Nikol ilk addımını zorla da olsa, 10 noyabrda atıb, şübhəsiz ki, onun arxasındakı qərb güclərinin də əsas məqdəsi Nikolu qorumaq, Türkiyə ilə sərhəddi açmaqdır və s.

Elə isə Paşinyan üçün Azərbaycanla sıfır problem və regional əməkdaşlıq iqtidarını qarant altına alması demək olar...

Bəzi Azərbaycan KİV-də Türkiyə dövlətinin "Zəngəzur dəhlizinin” inşasına başlanıldığını elan etdiyi haqda xəbər yayılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi