Paşinyandan erməni əsirləri soruşdular, görün nə cavab verdi?!
Paşinyandan erməni əsirləri soruşdular, görün nə cavab verdi?!
Son sərhəd toqquşmasında düşmən ölkə ordusunun həyata keçirmək istədiyi əməliyyatlar tamamilə iflasa uğrayıb. Verilən insan, ərazi itkiləri, hərbi əsirlər Ermənistan ictimaiyyətində qəzəb oxlarının iqtidara qarşı çevrilməsinə səbəb olub.
"Azia.az " xəbər verir ki, Musavat.com bu barədə erməni mediasına istinadən məlumat verir.
Bildirilir ki, bu gün Milli Təhlükəsizlik Xidmətinin Ehtiyatda olan zabitlər birliyi xüsusi bəyanatla çıxış edərək ölkədə təcili böhran hökumətinin və Dövlət müdafiə komitəsinin qurulmasını tələb ediblər.
“Hazırkı situasiyanı təhlil edərək indiki hakimiyyətin fərsiz xarici və daxili siyasəti nəticəsində:
1. Qarabağ (bəyanatda qondarma “Arsax” deyə bir yerdən bəhs olunur) tam süqut üzrədir. Yaxın 2-3 ildə Naxçıvanda olduğu kimi (?) burada erməni əhalisi qalmayacaq;
2.Ermənistan zərbə altındadır. Bu gün biz respublika ərazisini itiririk, artıq döyüşlər ölkənin daxilində gedir;
3.Erməni diasporu və ümumiyyətlə ermənilər rüsvay olublar, nüfuzlarını itiriblər, milli dəyərlər və ləyaqət yox ediilib;
4.Kilsə etibardan salınıb. Onun yerinə LGBT cəmiyyəti və digər sektalar himayə edilir";
5.Ölkə daxilində xalq yalançı gündəmlərlə ikiyə bölünüb, insanlar arasında nifrət toxumları səpilib;
6.Demokartik dəyərlər yox edilib, məhkəmə hakimiyyəti, prokurorluq və hüquq-mühafizə orqanları qəsb olunub;
7. Ordu dağıdılıb, üstəlik bütün bunlar səriştəsiz kadr təyinatları, düşüncəsiz idarəçilik və zabitlərə qarşı aparılan cinayət təqibləri ilə müşayiət olunub;
8. Hakim "Soros komandası" və vəzifəli şəxslər Rusiya kimi strateji müttəfiq, İran kimi tərəfdaşla münasibətləri pozublar...
Ermənistan MTX-nin keçmiş generalları təşkilat yaratdılar
Erməni politoloq Stepan Danielyan öz şəxsi bloqunda Paşinyan hakimiyyətinin bundan sonra mövcudluğunun mənasız və hətta təhlükəli olduğunu yazıb. “Dəyişikliklər lazımdır, bunun üçün isə yeni konstitusiya böhranı yaratmaq gərəkdir. Bu artıq hakimiyyət uğrunda mübarizə sayılmır, situasiyadan çıxış yoludur. İstənilən yeni hökumət, istənilən addım da müvəqqətidir. Biz ümumiyyətlə müvəqqəti bir rejimə qədəm qoymuşuq və bu “müvəqqəti” sözü bizi hələ uzun müddət müşayiət edəcək”, - deyə o qeyd edib.
Digər erməni eksperti Suren Parsyan isə hətta belə böhranlı günlərdə hakimiyyətə qulluq edən yerli oliqarxların erməni xalqını soyduğunu idida edib.Suren Parsyan
“Hazırkı iqtdar dövlətin keçmiş hakimiyyətin cəmiyyəti və ordunu soyması sayəsində zəif qaldığını deyir. Lakn görünür, qarət indi də davam edir. Buyurun qiymətlərə baxın...”,-deyə o bildirib.
Qeyd etmək lazımdır ki, İrəvanda Paşinyan hakimiyyətinə qarşı aksiya təşkil edənlər arasında erməni cəmiyyətində tanınmış isimlərə də rast gəlinib. Mitinqdə polislərin rejissor Ovanes İşxanyanı zorla tutub apardığı görünüb.
Aksiya iştirakçılarından biri isə hətta paltosunu çıxarıb, yandıraraq onu hökumət binasına tərəf tullayıb. Bundan sonra onu polislər sürəyərək maşına mindiriblər.
Rusiya, Fransa və ABŞ-ın Paşinyanın əlini gücləndirməkdəki MƏQSƏDİ BUDUR | KONKRET
Erməniləri qəzəbləndirən Paşinyan hökumətinin kömək üçün KTMT-yə müraciət etdiyini söyləməsi, lakin daha sonra belə bir müraciətin olmadığının ortaya çıxması olub.
Nikol Paşinyanın keçmiş tərəfdarı, keçmiş deputat Sofiya Ovsepyan bununla bağlı situasiyanı “Sahibi olmayan dövlət” olaraq təsvir edib.
“Bilirsiniz niyə müraciət etməyiblər? Ona görə ki, problemlərə hazırlaşmaq əvəzinə bütün günü çənə döyməklə məğuldurlar”,- deyə o, bildirib.
“Yazılı müraciət ciddi ekspertlərin iştirakı ilə hazırlanır. Məgər onlar mütəxəssislər qoyublar qalsın? Ya onların çoxunu qovublar, ya da yüngül düşüncəli kütləni yanlarında saxlayıblar”,-deyə o qeyd edib.
Qeyd etmək lazımdır ki, Ermənistan parlamentinin bu günkü iclasında müxalifətdə olan “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan baş nazirdən hərbi əsirlərin vəziyyəti barədə soruşub. Nikol Paşinyan isə cavabında 13 əsgərin hansı şəraitdə əsir düşməsinin hərtərəfli araşdırılacağını bildirib. O, bunun üçün hətta əsirlərin geri qayıtdıqdan sonra sorğu - suala çəkiləcəyini də söyləyib.
Ermənistanın müxalifətdə olan “Hayastan” fraksiyasının deputatı Ağvan Vardanyan isə Nikol Paşinyanın erməni əsirlərini qaytarılması ilə bağlı üzərindəki məsuliyyəti atmağa çalışdığını iddia edib.
Onun sözlərinə görə baş nazirin problemləri həll etməyə sadəcə qabiliyyəti çatmır.
“Onun hər bir sözü, bəyanatı yalan, demaqogiya və gerçəkliyin 180 dərəcədə təhrifiindən ibarətdir. Paşinyan deyir ki, atəş açmaq əmri verməyən xaindir. O, zaman bu ilin may ayının 12-də Azərbaycan ordusu irəliləyəndə atəş açmaq əmrini verməyənlər də xaindir? Bu son 6-8 ay ərzində neçə adam satqın elan olunub və məsuliyyətə cəlb edilib. Paşinyanın dövlətçilik və milli maraqlara heç bir aidiyyatı yoxdur”, deyə, Ağvan Vardanyan parlamentdə bildirib.
“Nikol Paşinyan bilir ki, yeni əsirlər hakimiyyəti üçün başağırısına çevriləcək, buna görə də indidən onları hədələməyə başlayıb”,-deyə müxalif deputat Geqam Manukyan baş naziirn açıqlamalarını bu cür dəyərləndirib.