azia.az
azia.az

ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını pisləyən 18-ci ştat oldu

11-02-2016, 09:56

ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını pisləyən 18-ci ştat oldu ABŞ-da Xocalı qətliamını pisləyən ştatların sayı 18-ə çatıb.
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
ABŞ-ın Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir. Qeyd edək ki, bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John Gale) tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını pisləyən ştatların sayı 18-ə çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi