azia.az
azia.az

Naxçıvan Muxtar Respublikası HİŞ sədri Qəzənfər Abdullayev buna görə istefa verib-Milyonluq mülklər...

Bu gün, 19:50

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev istefa verib.

"Azia.az" Lent.az-a istinadən xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası oktyabrın 8-də Qəzənfər Abdullayevin istefa ərizəsinə baxacaq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından fakt təsdiqlənib.

Bildirilib ki, Qəzənfər Abdullayev səhhətində yaranan problemlərlə əlaqədar öz ərizəsi ilə vəzifəsindən istefa verib.

Qeyd edək ki, son günlər mətbuatda Qəzənfər Abdullayevin fəaliyyəti və milyonlarla manat dəyərində mülkləri ilə bağlı yazılar dərc olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi