azia.az
azia.az

Ürək üçün ən faydalı üç qida

Bu gün, 11:00

Bəzi məhsullar “pis” xolesterinin səviyyəsini səmərəli şəkildə azalda və bununla da ürəyə və qan damarlarına kömək edə bilər.

Ölkə.az xəbər verir ki, bunu Lenta.ru-ya Sankt-Peterburqdakı “SM-Klinika”nın kardioloqu, lipidoloqu, tibb elmləri namizədi Valentina Baydina bildirib.

Həkim ürək üçün faydalı məhsullar siyahısında birinci yerə yağlı dəniz balığını – qızılbalığı, skumbriyanı, tunbalığını, paltusu, sardinanı və ya kalkanı qoyub.

“Balığın yağlı növləri qanda “pis” xolesterinin səviyyəsini azaldan omeqa-3 çoxdoymamış yağ turşuları ilə zəngindir. Eyni zamanda, onlar artıq xolesterini toxumalardan utilizasiya üçün qaraciyərə daşıyan “yaxşı” yüksək sıxlıqlı lipoproteinlərin səviyyəsini artırırlar”, - deyə Baydina izah edib.

Həkim həmçinin ürək üçün faydalı məhsullar siyahısına həll olunan lif mənbələrini, məsələn, yulaf yarmasını daxil edib. O əlavə edib ki, ürək-damar sisteminin sabit işləməsi üçün, həmçinin pomidorda olan kalim və maqnezium orqanizmə lazımdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi