azia.az
azia.az

San Fransiskoda Firəngiz Əlizadənin əsərinin premyerası böyük uğurla keçib

8-02-2016, 10:07

 San Fransiskoda Firəngiz Əlizadənin əsərinin premyerası böyük uğurla keçib ABŞ-ın San Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın Xalq Artisti Firəngiz Əlizadənin “Rəqs” əsərinin premyerası keçirilib.
Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Dünya şöhrətli Kronos Kvarteti tərəfindən ifa edilən əsər tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb.
Kvartetin “Gələcək Üçün Əlli” adlı eksklüziv proqramı üçün bəstələnilən əsər, Azərbaycanda qədim zamanlardan nəsillərdən nəsillərə ötürülərək bu günümüzə qədər gəlib çatan müxtəlif rəqs ritmlərini özündə təcəssüm etdirir.
500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San Fransisko Caz Mərkəzində keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, 1973-cü ildə David Harringtonun rəhbərliyilə ABŞ-ın Sietl şəhərində yaradılan Kronos Kvarteti fəaliyyətini 1978-ci ildən San Fransiskoda davam etdirib və 40 ildən artıq davam edən fəaliyyəti ərzində Polar Musiqi Mükafatı, Averi Fişer Mükafatı, həmçinin musiqi üzrə ən tanınmış mükafatlardan olan Qremmi Mükafatına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi