Fevralın 26-da məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr ediləcək
Azərbaycanda ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayının 26-da ilk dərs Xocalı soyqırımına həsr ediləcək.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu, təhsil naziri Mikayıl Cabbarovun Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi iilə bağlı təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.
Əmr əsasında ali, orta ixtisas, ilk peşə, ümumi və məktəbdənkənar təhsil müəssisələrində fevral ayı ərzində Xocalı soyqırımına həsr olunmuş geniş tədbirlər həyata keçiriləcək.