Vəkil BUNA GÖRƏ Kollegiyadan xaric edilib-TƏFƏRRÜAT
Yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib.
"Azia.az" E-huquq.az-a istinadən xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Bundan əlavə, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.