azia.az
azia.az

Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamada açıqladı

Bu gün, 13:46

Müğənni Pünhan Priyevin toyunda 4 mindən çox qonağın iştirak etdiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.

 

Bədii qiraətçi Pünhan İsmayıl Qaynarinfo-ya açıqlamasında sözügedən məclisin tamadası olduğunu bildirib.

 

O, Pünhan Priyevin toyunda 2 minə yaxın qonağın iştirak etdiyini deyib:

 

"Toy Pünhan Priyevin ata evində keçirilib. Böyük həyətləri var. Məclisə 2 minə yaxın qonaq dəvət olunmuşdu. Bundan əlavə, musiqi aləminə uyğun dekorasiyalar quraşdırılmışdı. Toy dekorasiya baxımından da zəngin idi. Dəvət olunanlar arasında müğənninin həmkarları da var idi. Bakıdan 40-dan çox müğənni dəvət olunmuşdu. Onların hər biri öz ifaları ilə məclisə rəng qatdı".

 

Qeyd edək ki, müğənni Pünhan Priyevin toyu sentyabrın 23-də baş tutub. Sosial şəbəkələrdə gündəm olan məclis Hacıqabul rayonunun Meyniman kəndində, sənətçinin ata evində keçirilib. Məclisdə 4 mindən çox şəxsin iştirak etdiyi barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi