azia.az
azia.az

İŞİD-in 10 yaşlı cəlladı baş kəsdi

5-02-2016, 14:16

İŞİD-in 10 yaşlı cəlladı baş kəsdi Kiçik cəllad edamdan əvvəl ingilis dilində Qərbə və ABŞ-a müraciət edib

Terrorçular Suriyadan dəhşətli görüntülər yayımağa davam edir.
Bu dəfə İŞİD terror qruplaşması ingilis dilində danışan uşaq tərəfindən girovun edam videosunu yayıb. Qətl prosesi tamamilə gənc cəllada etibar edilib. Ancaq bu dəfə kiçik cəllad edamdan əvvəl təmiz ingilis dilində ABŞ-a müraciət edib. Görünüşə görə 10-dan çox yaşı olmayan uşaq kamera qarşısında Qərbi qruplaşma ilə müharibəyə görə ittiham edərək İŞİD-in bütün rəqiblərini edamla hədələyir.
“Amerika, siz əsgərləri silahlandırdınız və pulu bizim şəriətimizlə mübarizəyə xərclədiniz. Mən sizinlə Dabiqa təpələrində görüşmək istəyirəm”,- deyə gənc cəllad bildirir.
Qorxunc kadrlar uşağın dizi üstə duran girovun boğazını kəsməsi ilə qurtarır.
Analoji hadisə keçən il də baş verib. İŞİD terrorçuları bu dəfə suriyalı əsirin başını 10 yaşlı uşağa kəsdirmək dəhşəti ilə gündəmi zəbt edib. Qətl Suriyanın Xüms əyalətində baş tutub. Terrorçular kimi komuflyaj geyinən uşaq əlindəki bıçaqla suriyalı əsir zabitin başını kəsib. Zabitin İŞİD tərəfindən işğal edilən Palmira şəhərində girov götürüldüyü ehtimal edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi