azia.az
azia.az

İranın planı: Qəflətən Naxçıvana hücum etmək... - Politoloq

21-09-2021, 20:54

İranın planı: Qəflətən Naxçıvana hücum etmək... - Politoloq
“Mən əminəm ki, İranda ağıllı siyasətçilər var və Xameneiyə düzgün məsləhətlər verəcəklər. Onlar da təcili surətdə o qoşunları oradan götürəcəklər. Bu ən təcili surətdə olmalıdır. Çünki Azərbaycanla İran arasında müəyyən razılaşmalar var. Biz hələ bu vaxta qədər İranın daxili işlərinə qarışmamışıq, amma indi İranın davranışı Azərbaycanı müəyyən addımlara vadar edə bilər. İranın hərbi gücünün artması, ərəb dövlətlərinə təhriki və təhdidi, bu dövlətləri İsraillə müttəfiq olmağa vadar etdi. İrana qarşı mübarizə aparmaq üçün Azərbaycanla müttəfiq olacaq dövlət də çoxdur”.

Kanal.az xəbər verir ki, politoloq Mübariz Əhmədoğlu İranın Azərbaycanla sərhəddə keçirdiyi təlimləri şərh edərkən belə deyib. O bildirib:



"İndiki təlimlərdə əsas məqsəd qəflətən Naxçıvana hücum etmək və orada müəyyən gərginlik yaratmaqdır. Ona görə də Azərbaycan Türkiyə ilə birlikdə “Sarsılmaz Qardaşlıq” adlı təlimlərə başladı. Hazırda Naxçıvan MR ərazisində həmin təlimlər keçirilir. Nə qədər İranın qoşunları bizim sərhədimizə yaxın olacaq, o zamana qədər qədər də Azərbaycanın ərazisində Türkiyə ilə birlikdə təlimlər davam edəcək. Lazım gələrsə Pakistan da bu təlimlərə qoşulacaq. Ehtiyac olsa Azərbaycan Pakistanla birlikdə Pakistan-İran sərhədində də təlimlər keçirə bilər. Bir məsəl var: “Güc lazımdır, amma ağıla ehtiyac yoxdur”. Bu məsəldən İranın imtina etməsi və qoşunlarını sərhəddən geri çəkməsi çox vacibdir". (Yeni sabah)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi