azia.az
azia.az

İranın xarici işlər naziri Yerevanda bəyan etdi

26-05-2021, 21:30



İran Cənubi Qafqazdakı problemlərin sülh yolu ilə həllinin tərəfdarıdır, ölkələrin ərazi bütövlüyü və xalqların hüquqlarına hörmətlə yanaşır.
İranın xarici işlər naziri Yerevanda bəyan etdi
Azia.az erməni KİV-inə istinadən bildirir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Yerevanda jurnalistlərə Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

M.C.Zərifin sözlərinə görə, hər bir kəskinləşmə, hər bir insan tələfatı ciddi narahatlıq yaradır və bu məsələni sülh yolu ilə mümkün qədər tez həll etmək lazımdır.

İranlı nazir dünən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü, onun gərginliyin azaldılmasına və sülh dialoquna hazır olduğunu gördüyünü söyləyib. Onun Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla da analoji söhbəti olacaq.

Zərif Tehranın məsələnin sülh yolu ilə həllinə kömək etmək istədiyini də bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi