azia.az
azia.az

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları hərəkətə keçirdi: İrana SƏRT CAVAB

21-09-2021, 15:04

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları hərəkətə keçirdi: İrana SƏRT CAVAB
“Naxçıvanda keçirilən hərbi təlimlərin vaxtı ilə bağlı nə Azərbaycan Müdafiə Nazirliyinin saytında, nə KİV-də, nə də mediadaheç bir məlumat yoxdur.Bu da onu deməyə əsas verir ki, bu öncədən planlaşdırılmış hərbi təlimlər deyildi”.
Bu açıqlamanı Azia.az-a “Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə siyasi ekperti Samir Hümbətov edib. Politoloq deyir ki, əslində bu təlimlər İranın atdığı son addımlara adekvat cavab kimi qiymətləndirilə bilər.

Azərbaycan və Türkiyə xüsusi təyinatlıları hərəkətə keçirdi: İrana SƏRT CAVAB
“İşğaldan azad edilmiş Horadiz rayonu ərazisindən başlayaraq Mehri rayonuna qədər olan ərazinin paralelində olan Aslandüzdən İranın Culfa rayonu ərazisinə qədər olan ərazidə İranın hərbi təlimlər keçirməsinə cavab olaraq Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin bir qrupu Naxçıvanda iki qardaş birgə təlimi keçirirlər. İki qardaş ölkə arasında keçirilən hərbi təlimlər güc nümayişidir. Həmçinin Türkiyə-Azərbaycan birlikdəliyinin açıq-aşkar nümayişi də İranın son atdığı addımlara istiqamətlənmiş mesaj sayıla bilər. Qeyd etmək istəyirəm ki, İranın məqsədi bölgədə qeyri-stabillik yaratmaqla regionu daima gərginlik içərisində saxlamaq məqsədini güdür. Belə olduğu halda təbii ki, Azərbaycana qarşı atıla biləcək istənilən bir addımda İran qarşısında Türkiyəni həmçinin Pakistanı görə bilər”.

Samir Hümbətov qeyd etdi ki, 2020-ci ilin il 27 sentyabr tarixindən öncə də təxmini eyni mənzərə yaşanmış yəni, Naxçıvanda hərbi təlimlər keçirilmişdi. Görünən mənzərə odur ki, tarix təkrar olunur. Siyasi şərhçi onu da vurğuladı ki, Azərbaycana İranla düşmən münasibət lazım deyil.

“İranda bizim qırx milyondan artıq soydaşımız var və biz o soydaşlarımızın qayğısına qalırıq. Ona görə də hesab edirəm ki, İrandakı mövcud rejim bunu yaxşı başa düşməlidir. Mütləq qaydada atılan addımlarda bu tip həssas məsələlər nəzərə almalıdır”.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təliminə start verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi