Qan təzyiqini sadə üsulla aşağı salma qaydası AÇIQLANDI
Yaponiyalı əczaçısı Masatosi Kato antihipertenziv məşqlərlə təzyiqi azaltmağı təklif edib.
"Ölkə.az" bu barədə xarici KİV-ə istinadla xəbər verir.
“Ovuclarınızı sinənizin önündə saxlayın və onları möhkəm sıxın. On saniyədən sonra əllərinizi boşaldın. Bu məşq xüsusilə tövsiyə olunur, çünki o, ürəyin yanında yerləşən döş əzələlərini stimullaşdırır”, - deyə mütəxəssis bildirib.
Onun sözlərinə görə, bu cür məşqlər müxtəlif əzələ qrupları üçün mövcuddur və onları gündə bir neçə dəfə etmək olar.
“Məşq oturarkən, yəni işləyərkən də edilə bilər, buna görə də mütləq yoxlayın”, - deyə əczaçı vurğulayıb.