"Neftçi"nin "Bakcell Arena"da məşq etməməsinin səbəbi AÇIQLANDI
"Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsində Bakıda Finlandiya HIK-i ilə ilk oyundan əvvəl son məşqini Türk Hava Yolları Futbol Mərkəzinə salmasının səbəbi bəlli olub.
Azia.az "Report"a istinadən xəbər verir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov mətbuat konfransında məlumat verib.
O bildirib ki, matçın keçiriləcəyi "Bakcell Arena"nın ot örtüyünü qorumaq üçün bu addım atılıb.
Qeyd edək ki. sabah keçiriləcək "Neftçi" - HİK qarşılaşması saat 21:00-da başlayacaq.