azia.az
azia.az

İnsanı cavanlaşdıran 3 hərəkət

29-10-2018, 08:31

Bu hərəkətlər belin möhkəmlənməsinə kömək edir və böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Qaməti düzləşdirir, eyni zamanda göz, qulaq və dəri üçün faydalıdır. Eləcə də bütün orqanizmə çox gözəl təsir göstərir.

azia.az Publika.az-a istinadən oxucuları Tibet rahiblərinin bədən təlimi ilə tanış edir:

İlk növbədə onu qeyd etmək lazımdır ki, sağlam onurğa sütunu bütün orqanizmin sağlam olması deməkdir. Düzgün qamət və daxili orqanların sağlamlığı eşitmə və görmə qabiliyyəti üçün həyati əhəmiyyət daşıyır.

Çiqonq icraçıları əzələləri və bədəni möhkəmləndirmək, həmçinin böyrəkləri və bel nahiyəsini yaxşılaşdırmaq üçün xüsusi məşqlər edirlər. Böyrəklər bütün orqanizmin sağlamlığına və uzunömürlü olmasına cavabdehlik daşıyan orqanizm olaraq qəbul edilir. Bu səbəblə gəncliyi qorumaq və möhkəm cansağlığına sahib olmaq və hər zaman enerji ilə dolu olmaq istəyirsinizsə, hər gün gimnastika edin. Bu sadə məşqlər çox vaxt almır və ağciyərlərin həcmini artırmağa kömək edir, qaraciyər, böyrək, mədə, bağırsaq və yoğun bağırsağın fəaliyyətini yaxşılaşdırır.

Bütün orqanizm üçün faydalı 3 məşq

Məşq 1: Böyrəkləri və beli gücləndirir

1. Aşağı əyilib əl barmaqlarını ayaq barmaqlarının yanına qoyun.

2. Dizlərinizi bükmədən bədəninizi önə doğru uzadın. Yuxarı və aşağı baxıb əllərinizi yerdən qaldırmağa çalış. Bel əzələlərini dartın. Bu, belinizi düz saxlamağa kömək edir. Başlanğıc mövqeyinə geri qayıdın.

3. Bunu altı dəfə təkrarlayın. Bu məşq beli möhkəmləndirir, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, bədəni düz sağlamağa və tarazlaşdırmağa kömək edir.

Məşq 2: Beli düzləşdirir

Düzgün qamət gözlərdə, onları qidalandıran orqanlarda enerjinin tam dövranını təmin edir. Çox sadə, amma çox təsirli olan bu məşq qaməti mükəmməl şəkildə yaxşılaşdırır və bütün orqanizmin sağlamlığını qoruyur.

1. Düz dayanın və başınızı irəli doğru uzadın.

2. On beş saniyə gözləyin.

Bu məşqi gündə bir neçə dəfə yerinə yetirin. O kürəyi gücləndirir, qaməti düzləşdirir və sinəni dikləşdirir. Duruşunuz dümdüz və möhkəm olacaq. Bu zaman ağciyərlər genişlənir və daha çox hava qəbul edir, qan dövranı sürətlənir və səhhətiniz yaxşılaşır.

Məşq 3: Onurğanın yuxarı dartınması

Bu məşqlər gözlər, qulaqlar və dəri üçün çox yararlıdır. Ağciyərlərin həcmini artdırır və nəfəs almağı asanlaşdırır, qaraciyər, böyrək, mədə, bağırsaq və yoğun bağırsağın fəaliyyətini asanlaşdırır, qəbzliyin yox olmasına yardım edir, cinsi bezlərin funksiyasını stimullaşdırır, qarın əzələlərini sıxır və gücləndirir, yorğunluğu azaldır və enerji səviyyəsini artırır. Səmaya doğru baxın və enerji axınını hiss edin!

1. Əllərinizi qarının üstünə qoyun.

2. Yavaş-yavaş dərindən nəfəs alın və əllərinizi başınızın üstünə doğru qaldırın. Bu zaman siz yuxarı və ya irəli baxa bilərsiniz.

3. Sonra nəfəs verib əllərinizi çəkin və nəfəs almayın, bu vəziyyətdə bir neçə saniyə qalın.

4. Nəfəsi buraxanda əlləri yanlara qoyun. Bu məşq beli düzəldir və vüqarı yaxşılaşdırır. Onurğa sütununun təbii dartınması nəticəsində yuxarı bədəndən energetika blokları təmizlənir, qan dövranı güclənir və sağlamlığı bərpa olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi