Təzqiyi 3 dəfə ölçmək lazımdır– Həkimdən düzgün ölçmə qaydası
Arterial təzyiqi çoxları, hətta həkimlər də səhv ölçür.
Xəbər verilir ki, rusiyalı həkim özünün “50 ildən daha çox necə yaşamalı” kitabında insanların orta yaşda ölümünə səbəb olan ürək-damar problemlərindən yazıb.
Bu xəstələrin hər gün təzyiqinin ölçməsi onlar üçün ölüm-dirim məsələsidir.
Buna tənbəllik etmək olmaz. Hər gün 2-3 dəfə təzyiq ölçülməli və bir dəftərə qeyd edilməlidir. Həftələrlə təzyiqindən xəbərsiz olan xəstəyə həkimlər də düzgün diaqnoz təyin edə bilmir.
Bəs arterial təzyiqi düzgün ölçmək üçün nə etməli?
-Təzyiq oturaq vəziyyətdə, sakit halda 3 dəfə ölçülməlidir. Hər şey hazırlanır, xəstə 5 dəqiqə oturub təzyiqini ölçür.
-Sonra 5 dəqiqə keçir, yenidən təzyiqini ölçür.
-Yenidən 5 dəqiqə dincəlib, prosedur təkrarlanır. Yalnız bu halda göstərilən rəqəmlərdən nəticə çıxarmaq olar.
-Həftədə ən azı 3 dəfə hər iki qolda təzyiq ölçülməldir. Qollar arasında təzyiq fərqi ciddi damar problemindən xəbər verir və önəmlidir.
Hansı aparatlar effektivsizdir.
Biləyə taxılan mini qolbaq kimi təzyiq ölçənlər mütəxəssislər tərəfindən dəqiq hesab edilmir, belə cihazları almayın.
Mexaniki, yəni klassik qola taxılan və əllə sıxılan manşetli aparatlar daha etibarlıdır.
Əgər sizdə elektron aparatdırsa, tanınmış firmalardan alın. Və bu aparatla təzyiqi bir dəfə ölçüb, əmin olmayıb. Bu cihazla da təzyiq azı 3-4 dəfə ölçülüb, təxmini ortaq rəqəm çıxarılmalıdır. Medicina.az