azia.az
azia.az

"Qarşıdakı 2 ayda hər gün 700 min nəfər "Omicron"a yoluxacaq" - Professordan qorxunc XƏBƏRDARLIQ

18-01-2022, 12:35

"Qarşıdakı 2 ayda hər gün 700 min nəfər "Omicron"a yoluxacaq" - Professordan qorxunc XƏBƏRDARLIQ
"Qarşıdakı iki ay içində hər gün 700 min nəfər "Omicron” ştamına yoluxacaq”.

Sfera.az bildirir ki, bunu türkiyəli professor Ahmet Saltık ölkədə PCR testinin ləğvi ilə bağlı danışarkən deyib. Mütəxəssis yeni variantla bağlı qorxunc partlayış olacağını deyib.

"Ümumdünya Səhiyyə Təşkilatının ötən həftə etdiyi xəbərdarlığa görə, qarşıdakı 6-8 həftə ərzində Avropanın yarısı "Omicron”a yoluxacaq. Bu, 250 milyon yeni xəstə deməkdir. Türkiyə də bundan kənarda qalmayacaq. 90 milyon əhalinin yarısı, 45 milyon nəfər yaxın 2 ayda xəstəliyə tutulacaq. Bu da hər həftə 5 milyon xəstə deməkdir. Digər tərəfdən gündə 700 min yeni "Omicron” xəstəsi elan etmək hökumət üçün də yaxşı bir şey deyil. Onlar bunun fərqindədirlər və PCR testləri qəribə şəkildə silindi. Dövlət demək olar ki, dağılma vəziyyətindədir. Bu isə dəvəquşu siyasətidir”, - deyə o söyləyib.

Xatırladaq ki, Türkiyədə son 180 gün ərzində "COVID-19” keçirməyən, peyvənd olunmayan və ya peyvənd dozası tamamlanmayan şəxslər üçün təyyarə, avtobus, qatar və ya digər ictimai nəqliyyat vasitələri ilə səyahət etməzdən əvvəl PCR testi tələbi ləğv edilib. Bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Türkiyə Hava Yolları aviaşirkətindən də məlumat verilərək bildirilib ki, bu hava yolu ilə ölkədaxili səyahət edənlərdən PCR testi tələbi edilməyəcək. Ölkə üzrə qadağanın aradan qaldırılması ilə bağlı qərar, eyni zamanda, kino, teatr, konsert zallarına da şamil olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi