Təhsil müəssisələri "Omicron" ştamına görə BAĞLANACAQ? - Nazirdən AÇIQLAMA
""Omicron", yaxud digər ştamların yayılması ilə bağlı Operativ Qərargah qərar verir.
Azia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev brifinq zamanı bildirib.
"Hazırda yeni ştamın yayılması ilə bağlı Operativ qərargah tərəfindən bizə məlumat verilmədiyi üçün təhsil müəssisələrinin bağlanması gözlənilmir", - deyə nazir qeyd edib.