Türkiyədə daha 224 nəfər yeni növ koronavirusdan (COVID-19) dünyasını dəyişib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 533 nəfər test edilib, onların 29 796-nın testi pozitiv nəticə verib, 29 837 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 116 663 497 peyvənd tətbiq edilib ki, bunun 89,38 faizi birinci, 78,70 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.