azia.az
azia.az

Yaponiyada həftə ərzində istilərdən 6 nəfər ölüb

15-08-2018, 10:08


Ötən həftə Yaponiyada müşahidə olunan isti havalar səbəbindən günvurmadan azı 6 nəfər ölüb, 7 mindən çox insan isə xəstəxanalara yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyi və "təcili yardım" funksiyalarını da yerinə yetirən yerli Baş Yanğun İdarəsi məlumat yayıb.

Bildirilir ki, həftə ərzində 7 min 79 nəfər xəstəxanaya yerləşdirilib. Cari ilin 1 may tarixindən bütün ölkə üzrə istidən 144 nəfər ölüb, 78 min nəfər xəstəxanalara düşüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi