Koronavirusa ən çox bu QAN QRUPU olanlar yoluxur
Çinin məşhur tibb jurnallarından biri olan "BMJ"də koronavirusla bağlı yeni bir araşdırmanın nəticələri yayımlanıb.
Azia.az Sfera.az-a istinadən xəbər verir ki, araşdırmaçılar koronavirusun ən çox və ən az yoluxduğu qan qruplarını müəyyən etməyə çalışıblar.
Bunun üçün koronavirusa yoluxmuş 18-45 yaş arası 2713 nəfər haqqında məlumatlar təhlil edilib.
Müəyyən edilib ki, koronavirusa ən çox - 37,75 % A (II) qan qrupundan olanlar yoluxur. Ən az yoluxanlar isə 25,80% olmaqla qan qrupu "O” (I) olanlardır.