Çin Rusiya ilə sərhəddə koronavirusa yoluxanlar üçün böyük xəstəxana tikdi
Rusiyanın Primorski ərazisi ilə həmsərhəd olan Çin şəhərinin Suifinhe bölgəsində koronavirusa yoluxanlar üçün yeni xəstəxana yaradıb.
Virtualaz.org bildirir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilir ki, 580 çarpayılıq böyük xəstəxana çoxmərtəbəli boş ofis binasında təchiz edilib. Xəstəxananın işi aprelin 6-da başlayıb və altı gün ərzində tamamlanıb. Xəstəxana xəstələri qəbul etməyə hazırdır.