İsraildə 5-11 yaşlı uşaqlar koronavirusa qarşı peyvənd olunacaq
İsrail Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş nazirliyin ekspert şurasının 5-11 yaş arası uşaqlarda koronavirusa qarşı peyvənd etməyə başlamaq tövsiyəsini təsdiqləyib.
Azia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.
Bildirilib ki, bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək:
"Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd edilməsi ilə bağlı ekspert şurasının tövsiyəsini qəbul edib. Bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək".