azia.az
azia.az

Hansı qan qrupundan olanlar virusa daha çox yoluxur?

14-06-2020, 16:01


Azia.az təqdim edir: Koronavirusun qan qruplarına uyğun yoluxma ehtimalı araşdırılıb.
Hansı qan qrupundan olanlar virusa daha çox yoluxur?
e-tibb.az xəbər verir ki, alimlər koronavirusa yoluxmanın qan qrupları ilə əlaqəsini araşdıraraq belə qənaətə gəliblər ki, müəyyən qan qruplarının daşıyıcıları başqalarına nisbətən daha çox COVİD-ə yoluxur, digərləri isə xəstəliyi daha ağır keçirir. Tədqiqatçılar, COVID virusunun qan qruplarına görə “qurbanlarını” necə seçdiyini müəyyən ediblər. Məlum olub ki, müəyyən bir mutasiya ikinci qan qrupundan olanları koronavirusa qarşı daha müdafiəsiz edir. Həkimlər genlərin strukturundakı təxminən 8,5 milyon dəyişikliyi təhlil edib, yoluxma ehtimalı və xəstəliyin şiddətini araşdırıblar. İki mutasiyanın koronavirusla əlaqəli olduğu ortaya çıxıb.

Onlardan biri üçüncü xromosomdadır. Onun sahibləri koronavirusa daha çox dözümlü olurlar, yəni digərlərindən 1,77 dəfə artıq. İkinci - doqquzuncu xromosomda-virusla yoluxma ehtimalı 1,32 dəfə artıb. İkinci mutasiya qan qrupuna məsul olan hissədəki genomda aşkarlanıb. Məlum olub ki, 1-ci qan qrupunun daşıyıcılarında koronavirusa yoluxma ehtimalı daha azdır. Ehtimal olunur ki, bu, qan qrupunun laxtalanma xüsusiyyətləri ilə bağlıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi