"Tovuzdan olan dostum, universitetdə Kimya kafedrasının müdiri kimi çalışan Dəmir müəllim məni universitetin yığıncağına dəvət etmişdi Onun sözlərinə görə, yığıncaq Ceyrançöl restoranında təşkil olunacaqdı".
News24.az xəbər verir ki, bu barədə Əməkdar elm xadimi Qəzənfər Paşayev RTV-də yayımlanan və iş xanımı Ruhiyyə Əliyevanın müəllifi olduğu “Qaranlıqda həqiqət” verilişində danışıb.
O bildirib ki, bürclərə inanır və bu inancı onu ölümdən xilas edib:
"Müsavat" qəzetindən oxudum ki, səni bir yığıncağa çağıracaqlar, ora getmə, xeyrini sonra görəcəksən (bürclər haqda proqnoz nəzərdə tutulur -red.). Axşam gördüm televiziyada xəbərlər yayımlanıb ki, həmin restoranda balıqdan zəhərlənmə olub və bəzi alimlər ölüb. Buna görə diqqətli olmaq lazımdır. Mən şəxsən bürclərə inanıram".

"Harada olurdumsa Laçına qayıtmağa tələsirdim" – Qəzənfər Hüseynov (FOTOLAR)
Ərəblər BUNA GÖRƏ gecə "Tarqovi"ni bir-birinə qatdı - VİDEO
