azia.az
azia.az

"10 noyabr sazişişinin arxasında Paşinyan deyil, bir başqası hakimiyyətə gəlsə belə, bundan qaça bilməz"

5-06-2021, 12:15


“Ayna-Zerkola” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə müsahibəni təqdim edirik:
"10 noyabr sazişişinin arxasında Paşinyan deyil, bir başqası hakimiyyətə gəlsə belə, bundan qaça bilməz"
- Elçin müəllim, Ermənistan faktiki olaraq sərhədlərin delimitasiya və demarkasiya prosesini gecikdirir, hər vəhclə buna maneə olmağa çalışır. Ermənistanın tutduğu bu mövqeyi nə ilə izah etmək olar?

- İyunun 20-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Ermənistan daxili ictimai-siyasi vəziyyət gərgindir, parlamentə düşmək istəyən qüvvələr fəallaşıb. Məsələn, Köçəryan özünü həbsdən sığortalamaq üçün ortaya mövqe qoyub. Bir sözlə, indi Ermənistanda hərc-mərclik hökm sürür. Cəmiyyət faktiki olaraq qütbləşib. Həm də ermənilər məğlubiyyəti sindirə bilmirlər. Bəyan edirlər ki, üçtərəfli komissiyadan çıxırlar, orada fəaliyyət göstərmirlər və s.

Əslində isə Ermənistanın üçtərəfli komissiyadan, hansı ki bu qurum daha çox komunikasiyaların açılması üçün nəzərdə tutulub, çıxmaq hüquqları yoxdur. Çünki 10 noyabr sazişi imzalanıb. Bu imzanın arxasından Paşinyan deyil, bir başqası hakimiyyətə gəlsə belə, bundan qaça bilməz. Çünki həmin sənəddə olan imza Paşinyanın deyil, Ermənistan dövlətinin imzasıdır. Odur ki, hətta hakimiyyət dəyişsə belə, 10 noyabrda imzalanan bəyannamənin şərtlərinə əməl etməlidirlər. Etməyəcəksə, bu zaman başqa tədbirlər görüləcək. Fikrimcə, Ermənistanda seçki prosesi başa çatdıqdan sonra proseslər tam başqa istiqamətdə gedəcək.

- Nikol Paşinyan Parisdə 10 noyabr sazişini kağız parçası adlandırdı, bildirdi ki, bu, problemi həll etmədi. Ermənistan baş nazirinin belə bəyanat səsləndirməsinin arxasında hansı niyyət və məqsədlər dayanır?

- Paşinyanın boş-boş danışması ilə deyil. Əvvəla bu sənəddir və orada üç ölkə rəhbərinin imzası var. Tutaq ki, son məğlubiyyətdən sonra Paşinyan bizi saymır, axı sənəddə Rusiya Prezidenti Putinin imzası var. Paşinyan əlbəttə, orada boş-boş danışa, Makron da ona dəstək verə bilər. O ayrı məsələdir ki, Makronun da başqa niyyətləri var. Fransa bölgədə öz varlığını qoruyub saxlamağı hədəfləyir. Sözsüz ki, Minsk Qrupunun fəaliyyətini bərpa edilməsini istəyir. Mümkündür ki, Azərbaycanda gedən bərpa prosesində iştirak istəyi də olar. Sonuncu fikir məntiqə uyğun görünməsə də, həqiqət payı var. Məntiqlə baxdıqda görürük ki, Ermənistan Fransa üçün bir o qədər əhəmiyyət kəsb etmir. Amma bölgədə mövcudiyyət baxımından və Ermənistan vasitəsilə regiona giriş nöqteyi-nəzərdən İrəvanla əlaqələr yüksək səviyyədə saxlanılır. Sözsüz ki, Fransada seçkilər gözlənilir, Makron həm də Fransada yaşayan ermənilərin də dəstəyini almaq istəyir. Bütün bunlarla bərabər unutmaq olmaz ki, Fransa təkcə Makrondan ibarət deyil. Onların Senatı, başqa təsissatları, dövlət strukturları var ki, Makron çox qırağa çıxmaq istəsə, ona belə imkan verilməz. Bunların hamısını nəzərə almaq lazımdır. Yəni Parisin bir sıra addımları onların maraqlarından doğur.

ƏTRAFLI
Barni (June) 2021

Nikol Paşinyana gəldikdə deyim ki, imzalanan razılaşmaya sadiq qalmalıdır. Əgər, Paşinyan razılaşmanı kağız parçası kimi qiymətləndirirsə, bizdə onunla kağız parçası kimi rəftar edərik. Digər tərəfdən, əgər sonra qədər razılaşmanı kağız parçası hesab edirlərsə, bizdə Laçın dəhlizini bağlayacağıq və bununla da məsələ bitəcək.

- Paşinyan təklif edir ki, Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçilər yerləşdirilsin. Əlbəttə, bu son variantda elə Fransa və ABŞ-ın, mümkündür ki, Belçika, Hollandiya, Niderland və digər ölkələrin hərbi mütəxəssislərinin yerləşdirilməsini nəzərdə tutur. Bunu mümkün hesab edirsiniz?

- Paşinyanın istək və arzuları ola bilər, ancaq belə məsələlər arzularla həll edilmir. Əvvəla, buna bizim də razılığımız olmalıdır.

İkincisi, SSRİ 1991-ci ildə dağılanda Almatada sənəd imzalanıb. Həm də BMT keçmiş sovet respublikalarını onların SSRİ daxilində bir-birilə olan inzibati sərhədləri daxilində tanıyıb. Həmin sərhədlər beynəlxalq sərhədlər kimi qəbul olunub. Bu sərhədlər də bizim xeyrimizədir. İndi də bu sərhədlərimizi bərpa edirik. Əgər erməni tərəfi öz sərhədlərinə başqa ölkələrin sərhədçilərini gətirmək istəyirsə, bu onun öz işidir. Amma bizim sərhədlərimizdə bizim oğullarımız dayanacaq.

Xatırlayıram, 1988-ci ildə atam Laçından deputat idi. Elə həmin ili biz Laçında olanda Qara göl məsələsi vardı. Laçının birinci katibi Famil müəllim deyirdi ki, artıq ermənilər Qara gölə sahibləniblər və biz ora yaxın dura bilmirik. Mən 1988-ci ildə bu sözü eşitmişəm. Həmin dövrdə ermənilər gərginliyi tədricən başlatmışdılar. Ancaq indi bizim gücümüz var və Qara gölə sahib çıxırıq. Yəni göl bizim olduğu üçün gəlib sərhədimizi qururuq. Əldə sənədlər var və BMT-nin qəbul etdiyi beynəlxalq sərhədlər var. Bizim çəkinəcəyimiz bir şey yoxdur. Fransa gəlib nə edəsidir? Qoşun yeridəcək? Hollandiya, Belçika heç öz ölkəsindən kənara çıxmır, niyə bizimlə sərhədə mütəxəssis göndərməlidir? Fikrimcə, Paşinyan boş-boş danışır, baxmayaraq ki, onun bəzi sərsəmləmələri bizim xeyrimizədir. Biz də Laçın dəhlizini bağlayacağıq. Onda nə edəcək? Üstünlüklər bizdədir. İcra etmirsənsə, bizdə Laçın dəhlizini qapadırıq. Xankəndində olan ermənilər də istəyirlər yaşasınlar, istəmirlər rədd olub getsinlər. Bu qədər sadə.

- Ermənilərin belə cığal oyunları ilə paralel olaraq Azərbaycan dünya gücləri ilə geopolitik mövzularda müzakirələr aparır. İyunun 2-də Çin və Azərbaycan dövlət başçıları arasına telefon müzakirəsi bunun əyani sübutudur. Siz Çinin Azərbaycana və regiona marağını necə izah edirsiniz?

- Çinin Azərbaycana xüsusi maraq göstərməsi lojistika və komunikasiya ilə bağlıdır. Əvvəla, Çin “Bir kəmər, bir yol” proyektini icra edir, bu yola böyük sərmayə yatırıb. Əgər Zəngəzur dəhlizi açılacaqsa, həmin yolun bir hissəsi olacaq. Başqa sözlə, bu zaman dolama yollara ehtiyac qalmayacaq, birbaşa rahat yol imkanı yaranacaq. Pekinin də buna marağı var. Qatarla birbaşa Avropaya qısa və rahat çıxış açılacaq. Sözsüz ki, bu həm də bizim marağımıza da uyğundur. Əlbəttə, Normalda bütün region ölkələri udacaq. Odur ki, Çin tərəfinin Azərbaycana xüsusi əhəmiyyət verməsi təsadüfi hal deyil.(Teleqraf)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi