azia.az
azia.az

Fransız jurnalistlə ŞOK MÜSAHİBƏ: Müharibə davam etsəydi, bəlkə də Paşinyan...

25-11-2020, 22:05

Hazırda Fransa hakimiyyəti ilə ölkədəki radikal erməni icmaları arasında münaqişəyə şahidlik edirik.
Fransız jurnalistlə ŞOK MÜSAHİBƏ: Müharibə davam etsəydi, bəlkə də Paşinyan...
Azia.az xəbər verir ki, bu sözləri publika.az-a özəl müsahibəsində “Causeur.fr” media qurumunun rəhbəri Gil Mixaeli bildirib.

– Cənab Mixaeli, peşəmizlə bağlı bildiyimiz əsas həqiqət budur ki, bütün məsələlərdə qərəzsiz və vicdanlı yanaşmamızı qorumalıyıq. Bəs mövzu Qarabağa gəlincə, fransız mediası bu prinsipləri niyə tapdayır?

– Ümumiyyətlə, fransız mətbuatında Cənubi Qafqaz, Qarabağ münaqişəsi ilə bağlı yazılan məqalələr ziddiyyətlidir. Bunun əsas səbəbi isə ölkədəki erməni icmalarının təsiridir. Demokratiyanın demoqrafiya ilə qohum anlayış olduğunu nəzərə alaraq xatırladım ki, Fransada yaşayan 600 min vətəndaş özünü erməni diasporuna aid edir. Bu rəqəmin yarıdan çoxu, yəni 400 min nəfəri isə fəal seçicilərdir. Həmin vətəndaşların böyük əksəriyyəti Marsel şəhəri ətrafında, Lion və Parisin müəyyən ərazilərində məskunlaşıblar. Belə ki, 1915-ci ildə iddia etdikləri “soyqırımı”dan sonra Fransaya qaçan ermənilərin çoxu məhz bu regionlara üz tutublar. Erməni icmaları illər boyu özlərini həm dini, həm də mədəni sferada güclü təbliğ etməyə nail olublar. Diaspor nümayəndələri Fransa tarixində mühüm rol oynayıblar. Nasist hücumlarında Fransa uğrunda döyüşən ermənilər müharibədən sonra da ölkənin müxtəlif sahələrində, o cümlədən şou biznesində parlaq karyera qurublar. Elə götürək Şarl Aznavuru… Fransanın ən çox sevilən ermənilərindən biri idi. Digərləri mətbuatda, siyasi dairələrdə özlərini çox yaxşı tanıda bildi. Erməni “soyqırımı”nı hər yerdə kədər və ağrı ilə təbliğ etdikləri üçün fransız xalqı onların faciəsinə qarşı dərin hüzn kapitalı formalaşdırıb. “Musa dağının 40 günü” kimi kitablar isə bu faciənin Fransada Holokosta bərabər tutulmasına gətirib çıxardı. Bəli, bu ölkənin erməni diasporu illər boyu özünü təbliğatla məşğul olur. Xüsusən də bölgədəki Fransa-Türkiyə, həmçinin Almaniya gərginliyi məsələyə münasibət formalaşdırmağa təkan verir. Əksər fransızlar Azərbaycan haqda eşitməyib. Onlara xalqınızdan bəhs edəndə, türk millətidirsə, Türkiyə vətəndaşıdır, Azərbaycan Türkiyənin davamıdır deyə cavab verirlər. Xüsusən də erməni əsilli fransızlar bütün addımlarınızda Türkiyənin də yanınızda olduğunu, bu qəbildən bir sıra iddia ilə çıxış edirlər. Nəticədə Fransada yaşayan hər bir erməni yerli əhalinin mərhəmətini öz üzərinə çəkməyi bacarır. “Türklərin əlindən çəkdikləri azmış kimi, indi də azərbaycanlıların “soyqırımı”na məruz qalırlar” kimi miflər formalaşır. Məsələnin içinə bir az nüfuz edən kimi erməni mənəviyyatının cılızlığını azərbaycanlıların haqlı olduğunu anlayırsan. Lakin hadisələrə yalnız ermənilərin gözü ilə baxan fransız media nümayəndələri Azərbaycana qarşı böhtan dolu məqalələr yazmağa başlayır. Çünki onun azərbaycanlı müğənni, kinorejissor dostu, qonşusu yoxdur. Onlar heç vaxt Azərbaycan haqda filmlərə baxmayıblar, romanlar oxumayıblar. Lakin bir məqam da sevindiricidir ki, İkinci Qarabağ müharibəsini iyul hadisəsinə rəğmən daha obyektiv işıqlandırmağa cəhd etdilər. Yəni radikal erməni mövqeyini əks etdirməyən mətbuat nümayəndələri də var. Çoxu da faktları araşdırdıqca, hər şeyin göz önündə olduğunu dərk edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi