azia.az
azia.az

"Erməni və azərbaycanlı icmaları nə qədər çox görüşsə, o qədər yaxşıdır”

10-02-2016, 12:57

"Erməni və azərbaycanlı icmaları nə qədər çox görüşsə, o qədər yaxşıdır” “İsveçlə Azərbaycan arasındakı siyasi münasibətlər yaxşı səviyyədədir”. Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovisveçli həmkarı Marqot Vallströmlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
“Azərbaycanın İsveçdə səfiri var, İsveçin də Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Lakin İsveç Azərbaycana müvəqqəti işlər vəkili göndərib. Ümid edirik ki, bu görüşdən sonra İsveç Azərbaycana səfir göndərəcək”, - deyə o vurğulayıb.
İsveçli həmkarına Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini çatdırdığını deyən nazir görüşdə humanitar məsələlərin də müzakirə olunduğunu bildirib: “Xanım nazirin qadın və ailə məsələlərinə böyük marağı var. Görüşlərdə erməni və azərbaycanlı icmalarının nümayəndələrinin görüşü məsələsindən də danışdıq. Belə bir element çox maraqlıdır. Azərbaycan tərəfi bunu dəstəkləyir. İcmalar nə qədər çox görüşsələr, yaxşıdır. Bu təklifi Azərbaycan tərəfi tam dəstəkləyir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi