azia.az
azia.az

“Erməni soyqırımı” qətnaməsini dəstəkləyən “türklər” - Siyahı

5-06-2016, 02:50

“Erməni soyqırımı” qətnaməsini dəstəkləyən “türklər” - Siyahı Xəbər verildiyi kimi, dünən Almaniya Federal Məclisi-Bundestaq uydurma “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə layihəsini qəbul edib.

Gün.Az-ın məlumatına görə, qəntamə layihəsinin müəllifi və təşəbbüskarı isə əslən Türkiyədən olan Almaniya vətəndaşı, çərkəz əsilli Cem Özdemirdir.

Qeyd edək ki, C.Özdemir Almaniyanın Yaşıllar Partiyasının həmsədri və bu partiyadan Bundestaqda təmsil olunan millət vəkilidir.

Onu da qeyd edək ki, C.Özdemirlə yanaşı Almaniya Bundestaqında daha 10 Türkiyə əsilli millət vəkili təmsil olunur.

Onların türk olduqları deyilsə də, Türkiyə mətbuatının verdiyi məlumata görə, sözügedən şəxslər əslində milliyyətcə türk deyil, vaxtı ilə müxtəlif səbəblərdən Türkiyədən Almaniyaya köçüb getmiş yezidi, erməni, suryani, assur, ərəb əsilli ailələrdən olanlardır.

Bundestaqda “erməni soyqrımı” ilə bağlı qətnaməyə səs vermiş həmin millət vəkilləri bunlardır:

1.Cemile Yusuf

2.Mahmut Özdemir

3.Aydan Özoğuz

4.Metin Hakverdi

5.Cansel Kızıltepe

6.Gülistan Yüksel

7.Ekin Deligöz

8.Özcan Mutlu

9.Sevim Dağdelen

10.Azize Tank

Türkiyə mətbuatının verdiyi başqa bir məlumata görə isə məlum qəntamə layihəsinin təşəbbüsçülərindən biri də Türkiyənin hakim partiyası-AKP tərəfindən 2002-ci ildə millət vəkilliyinə namizədliyi dəstəkləmniş və hazırda C.Özdemirlə bir partiyada-Almaniya Yaşıllar Partiyasında təmsil olunan Özcan Ceyhundur.

Kamil Həmzəoğlu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi