azia.az
azia.az

Deputatdan Azərbaycan diasporuna sərt ittiham

19-12-2016, 11:32

Deputatdan Azərbaycan diasporuna sərt ittiham
Beynəlxalq ictimai-siyasi arenadakı Azərbaycan diasporunun fəaliyyəti haqqında kifayət qədər tənqidi fikirlər səslənir



İddialara görə, Azərbaycan diasporunun fəaliyyət sferasında axsamalar var və bunun səbəbi onların güclü təşkilatlanmamasıdır.


Təl-Əviv-Bakı münasibətlərinin daha da yaxşılaşması fonunda isə yəhudi lobbisi ilə Azərbaycan diasporunun fəaliyyətinin birgə koordinasiya edilməsi gündəmə gəlir. Daha doğrusu, Azərbaycan diaspor təşkilatlarının dünyanın ən güclü, nüfuzlu lobbisindən dəstək alması məsələsi aktuallaşır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə mövzu haqda Modern.az saytına danışıb.

Deputat deyib ki, son illər Azərbaycan diasporu ilə yəhudi lobbisi arasında əməkdaşlıq genişlənib.

“ABŞ-dan, Avropadan Azərbaycana gələn yəhudi icmasının nümayəndələri ölkəmiz haqqında çox yüksək fikirdədirlər. Onlar Azərbaycanın tolerant ölkə olduğunu və burada yəhudilərə tarixi münasibəti görürlər. Onlar ölkələrinə dönəndən sonra Azərbaycana erməni yalanlarını ifşa etmək üçün böyük dəstək verirlər”-deyə A. Mollazadə bildirib.

O qeyd edib ki, bu dəstəyi daha çox ABŞ-da görmək olar. Komitə üzvü Azərbaycan diasporunun fəaliyyətindən narazılığını da dilə gətirib: “Biz bu dəstəyi daha çox ABŞ-ın bir neçə ştatında görmüşük. Bu əməkdaşlıq günü-gündən artır. Azərbaycan-İsrail tərəfdaşlığı da bu prosesə öz müsbət təsirini göstərir. Xocalı soyqırımı ilə bağlı Amerikanın 20 ştatında qərarlar qəbul edilib. Bu qərarların arxasında hər zaman yəhudi icması bizə dəstək verib. Etiraf edək ki, Azərbaycan diasporu yox vəziyyətdədir. Çox təəssüf ki, bizim qardaş Türkiyədə də türk icmaları yaxşı fəaliyyət göstərmir. Türkiyənin müdafiəsinə bir neçə azərbaycanlı qalxır. Biz bu istiqamətdə türklərlə lobbi fəaliyyətini gücləndirməliyik. Türklərin yaşadığı ölkələrdə Azərbaycan diasporu ilə birgə güclü təşkilatlanma olmalıdır. Çox təəssüf ki, bu proses yox səviyyəsindədir. Yeganə təşkilatlanmış və Azərbaycana dəstək verən məhz yəhudi icmasıdır. İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra bu əməkdaşlıq daha da güclənəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi