azia.az
azia.az

Macarıstanın ARCANUM şirkətinə ölkəmizdə yeganə əməkdaşlıq etdiyi MEK tərəfindən yeni nəşrlər göndərilib

30-11-2022, 17:03

Macarıstanın ARCANUM şirkətinə ölkəmizdə yeganə əməkdaşlıq etdiyi MEK tərəfindən yeni nəşrlər göndərilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası  (MEK) ilə Macarıstanın ən böyük rəqəmsal dövri məlumat bazası olan ARCANUM arasında cari ilin aprel ayında əməkdaşlıq müqaviləsi imzalanıb.  İki tərəfdaş Azərbaycan elminə, mədəniyyətinə aid sənədlərin, xüsusilə də kitabların rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq həyata keçirir.

Müqavilə çərçivəsində sözügedən məlumat bazasına 2022-ci ilin noyabr ayında MEK tərəfindən növbəti dəfə Azərbaycanın tarixi həqiqətlərini, mədəniyyətini, incəsənətini özündə əks etdirən alimlərimizin əsərlərindən ibarət kitablar göndərilib. MEK-in fondlarında olan həmin nəşrlərin Macarıstanın rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Sonrakı mərhələ isə MEK tərəfindən 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək. Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasi irsini özündə əks etdirən nəşrlər  ARCANUM rəqəmsal dövri məlumat bazasına təqdim ediləcək.

Xatırladaq ki, ARCANUM şirkəti 30 milyon izləyicisi olan Macarıstanın ən böyük, daim genişlənən müasir infrastrukturu, xalçaları, xəritələri və digər elmi ixtisaslaşdırılmış nəşrləri özündə əks etdirir. MEK öz növbəsində dövri məlumat bazası rolunu oynayan platformaya fondlarındakı yeni və maraqlı nəşrləri təqdim edən ölkə daxilindəki yeganə qurumdur.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi